Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Şəhid ailələri və qazilərlə görüşlər keçirildi.

25 sentyabr 2021 | 16:00

24 sentyabr 2021-ci il tarixdə Hacıqabul rayonunda idarə və müəssisə rəhbərləri, icra hakimiyyətinin məsul işçiləri 44 günlük Vətən Müharibəsində şəhid olmuş rayon vətəndaşlarının ailə üzvləri və qazilərlə görüşlər keçiriblər.

       Görüşlərdə şəhidlərimizin qəhramanlıqlarından geniş söhbət açılıb və şəhidlərin ailə üzvlərinə baş sağlığı verilib. Eyni zamanda şəhid ailələri və qazilərin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunmasından bəhs edilmişdir.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqların bildirmişdir.

Keçidlər