Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "27 sentyabr - Anım Günü” qeyd edildi

27 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq Hacıqabul rayonunda silsilə tədbirlər keçirildi.

27.09.2021-ci il tarixdə el qəbiristanlığında şəhidlər məzarlığında təşkil edilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı R.Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon sakinlərinin iştirakı ilə geniş tədbir keçirildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı R.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etdi. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu, bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin bundan sonra da əziz tutulacağını bir daha diqqətə çatdırdı.


Çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov və Vətən müharibəsi iştirakçısı Sərxan Şərifzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış rayon sakinlərinin şücaətlərindən və onların keçdikləri hərb yolunu danışdılar. Şəhid anaları Şəlalə Şıxəliyeva və Güldanə Bağıyeva çıxış edərək  övladlarının döyüş yolundan, Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət və qayğısından danışaraq onlara dərin təşəkkürlərini bildirdilər.

Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ərəfəsində Hacıqabul rayonunda ağacəkmə aksiyası təşkil olundu. Aksiya çərçivəsində 500 həmişəyaşıl sərv ağacı əkilmişdir.

Sonda “27 sentyabr - Anım Günü”nə həsr edilmiş rayon Musiqi məktəbinin xor ansamblının ifasında ədəbi-bədi kompozisiya təşkil edildi.

Keçidlər