Hacıqabul rayonunda Şəhid Şəhriyar Ağamalıyev və Şəhid Pərviz Balabəyov anılıb.
Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakinləri Balabəyov Pərviz Tofiq oğlunun vəfatının ildönümü və Ağamalıyev Şəhriyar Əvəz oğlunun doğum günü 28.09.2021-ci il tarixdə şəhidlər xiyabanında məzarları yanında anılıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.
Mərasim iştirakçıları rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə gül dəstələri qoyublar. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilat rəhbərləri də iştirak edərək şəhidlərin ailə üzvlərinə başsağlığı veriblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.