Hacıqabul rayonunda Şəhid Quliyev Turab Əlisafa oğlu anılıb.
06 oktyabr 2021 | 16:00
Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayon Ələtli kənd sakini Şəhid Quliyev Turab Əlisafa oğlunun vəfatının ildönümü 05.10.2021-ci il tarixdə anılıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailəsini ziyarət ediblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.