Hacıqabul rayon ictimaiyyət nümayəndələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər.
Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması” ilə bağlı tədbirlər planına uyğun olaraq, 06.11.2021-ci il tarixdə Hacıqabul rayonundan bir qrup ictimaiyyət nümayəndələri, rayon İcra Hakimiyyəti, idarə, təşkilat əməkdaşları, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər.
Təqdim edilən eksponatlar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən, döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.
“Hərbi Qənimətlər Parkı” gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək bir tarixi məkandır.