Hacıqabul rayonunda Şəhid Hüseynov Nicat Adil oğlu və Şəhid Zeynalov Fikrət Hikmət oğlu anılıb.
23 oktyabr 2021 | 16:00
Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Meyniman kənd sakini Şəhid Hüseynov Nicat Adil oğlu və Hacıqabul rayonunun Rəncbər kənd Şəhid Zeynalov Fikrət Hikmət oğlu vəfatının ildönümündə 23.10.2021-ci il tarixdə anılıblar.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailələrini ziyarət ediblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.