Hacıqabul rayonunda Şəhid Məlikov Əhməd Məmməd oğlu anılıb.
30 oktyabr 2021 | 16:00
Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Qarasu kənd sakini Şəhid Məlikov Əhməd Məmməd oğlunun vəfatının ildönümü 30.10.2021-ci il tarixdə anılıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailəsini ziyarət ediblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.