Hacıqabul rayonunda Şəhid Qasımov Həsən Şöhrət oğlu anılıb.
07 noyabr 2021 | 16:00
Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Tağılı kənd sakini Şəhid Qasımov Həsən Şöhrət oğlunun vəfatının ildönümü 07.11.2021-ci il tarixdə anılıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailəsini ziyarət ediblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.