Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Şəhid Şıxəliyev Mehti Yalçın oğlu və Şəhid Bağırov Süleyman Kamil oğlu anılıb.

12 noyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Meyniman kənd sakini Şəhid Şıxəliyev Mehti Yalçın oğlu və Hacıqabul rayonunun Qubalıbalaoğlan kənd sakini Şəhid Bağırov Süleyman Kamil oğlu vəfatının ildönümündə 12.11.2021-ci il tarixdə anılıb.

Anım mərasimində rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailələrini ziyarət ediblər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Keçidlər