Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirildi.

20 noyabr 2021 | 16:00

19 noyabr 2021-ci il tarixdə Hacıqabul şəhərində Vətən Müharibəsi Şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirildi.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Nurbala Mirzəyev, İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Nurbala Mirzəyev, Şəhidin anası Dürdanə Abbasova, Şəhidin təhsil aldığı Hacıqabul şəhər 5 saylı tam orta məktəbin direktor müavini Aidə Hüseynova və Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxışlar edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin bundan sonra da əziz tutulacağını diqqətə çatdırdılar. Rayonun məktəb şagirdləri Şəhidlərə həsr olunmuş şerlər söylədilər. Mərasim iştirakşıları şəhidlin ailə üzvlərinə başsağlığı verdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər