Hacıqabul rayonunda Şəhid Zeynalov Fikrət Hikmət oğlu doğum günündə anıldı.
18 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonunun Rəncbər kəndində Vətən Müharibəsi Şəhidi Zeynalov Fikrət Hikmət oğlunun doğum günü qeyd edildi.
Kənd mərkəzində Şəhidin əziz xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirildi. Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi, rayonun idarə və müəssisə rəhbərləri, şəhidin yaxınları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxudular.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.