Hacıqabulda “2 fevral gənclər günü” qeyd olunub
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirakı ilə rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayonun bir qrup fəal gəncləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyulub.
Sonra ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən hərtərəfli qayğıdan, həyata keçirilən gənclər siyasətindən, gənclərimizin Vətən Müharibəsindəki qəhrəmanlıqlarından, Respublikamızın inkişafında gənclərin rolundan danışılıb və onlara tövsiyələr verilib.
“2 fevral gənclər günü” münasibətilə rayonda Gənclər və İdman idarəsi tərəfindən “Gənclər həftəsi” adlı silsilə tədbirlərdən, keçirilən görüşlərdən danışılıb.
Tədbirin sonunda gənclər Şəhidlər xiyabanını ziyarət ediblər.