Hacıqabulda Şəhidlər doğum günündə yad edilib
Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidləri Zeynalov Qubad İslam oğlu və Şıxəliyev Mehdi Yalçın oğlunun xatirəsi doğum günündə anılıb.
Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhid Qubad Zeynalovun yaşadığı küçədə xatirə bulağının açılışı olub, sonra Şəhidlərin məzarları ziyarət olunub, məzarlarına gül dəstələri qoyulub. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.
Mehdi Yalçın oğlu Şıxəliyev göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Qarabağ ordeni”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Zeynalov Qubad İslam oğlu isə “Cəsur döyüşçü” və “Xocavənd azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Silsilə tədbirlər davam etdirilir.