İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ
2013-cü ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun
HESABAT MƏRUZƏSİ
Məlum olduğu kimi oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı bu ilin 9 ayında ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu vurğulayaraq bildirmişdir ki, bu müddətdə qeyri-neft sektoru 10,4 % olmuşdur. Bu da dünya miqyasında ən yüksək göstəricidir. Kənd təsərrüfatında 5% artıb inflyasiya isə cəmi 2,3 % təşkil etdiyi halda əhalinin pul gəlirləri 76% olmuşdur. Makroiqtisadi vəziyyətin sabitliyinə görə Azərbaycan dünya miqyasında birinci onluqda olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliyinə görə 39-cu yerdə olmuşdur ki, bu da tarixi nəticədir. Bu ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatına 17,7 milyard investisiya qoyulmuşdur ki, bunun da 10,5 milyardı daxili investisiyalardır. 7,2 milyard isə xarici investisiyaların vəsaitidir. Dövr ərzində valyuta ehtiyatlarımız 49,4 milyard təşkil etmişdir. Xarici borc ümumdaxili məhsulun 7-8 %-ni təşkil edir ki, bu isə o deməkdir ki, Azərbaycan heç vaxt borc problemi ilə üzləşməyəcəkdir.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2013-cü ilin 9 ayı ərzində rayonumuzda gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər barədə bir qədər geniş məlumat vermək istəyirəm.
Hesabat dövrünə təsadüf edən 15 aprel 2013-cü il tarixini xüsusi qeyd etmək istəyirəm.
Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna 6-cı dəfə növbəti səfər etdi. Səfər çərçivəsində cənab Prezident yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Daha sonra rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində, Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi. Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu. Daha sonra cənab Prezident İlham Əliyev Hacıqabulda “Gilan Seramik” Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etdi.
Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodunun təməl qoyma mərasimində iştirak etdi.
Bu ilin 9 ayı ərzində rayon üzrə məhsul buraxılışının həcmi 182,4 milyon manat, sənaye məhsulunun həcmi isə 2,9 milyon manat olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 2,3 %, sənaye məhsulunun həcmi isə 25 % artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 % artaraq, 15684,6 min manata çatmışdır. Poçt və rabitə xidmətlərinin həcmi 368,0 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 122280,0 min manat, yəni ötən ilin müvafiq dövründən 10,7 % çox olmuşdur.
Avtomobil nəqliyyatı ilə yük daşınması keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 min ton artaraq 176 min ton, sərnişin daşınmasında isə 281 min nəfər artaraq 3384 min nəfər təşkil etmişdir.
Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. Hacıqabul rayonunda kənd təsərrüfatı məhsulları istehsal edən kəndli fermer təsərrüfatlarının, xidmət təşkilatlarının gərgin əməyi sahəsində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
2013-cü ilin məhsulu üçün 12232 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 586 hektar artıqdır. Taxıl əkininin 6288 hektarı buğda, 5944 hektarı isə arpa əkini təşkil edir. 12232 hektar taxıl sahəsində 36542 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1715 ton çoxdur. İstehsal olunmuş taxılın 21865 tonunu buğda, 14677 tonunu arpa təşkil edir. Hər hektara məhsuldarlıq 29,9 sentner olmuşdur. Buğda məhsulunun məhsuldarlığı 0,2 sentner, arpanın məhsuldarlığı 0,1 sentner artmışdır.
2013-cü ildə 1618 hektar sahədə bostan, 728 hektar sahədə tərəvəz, 78 hektar sahədə günəbaxan, 145 hektar sahədə qarğıdalı, 38 hektar sahədə kartof əkilmişdir. Keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 1 hektar sahədə tərəvəz, 58 hektar sahədə qarğıdalı, 10 hektar sahədə kartof məhsulu çox əkilmişdir.
2013-cü ilin 9 ayı ərzində 468 ton qarğıdalı, 103 ton günəbaxan, 23882 ton bostan məhsulları, 417 ton kartof, 18959 ton tərəvəz, 252 ton üzüm, 8756 ton meyvə istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 191 ton qarğıdalı, 1 ton günəbaxan, 7 ton bostan məhsulları, 111 ton kartof, 26 ton tərəvəz, 7 ton üzüm, 106 ton meyvə çox istehsal olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərə çarpacaq artım qeydə alınmışdır. Bu ilin 9 ayı ərzində süd istehsalı 12324 ton, ət istehsalı 4207 ton, yun istehsalı isə 223 ton olmuşdur. Ötən ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 794 ton süd, 161 ton ət, 2 ton yun çox istehsal olunmuşdur. Hesabat dövründə yumurta istehsalı 191494 min ədəd olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 90838 min ədəd çoxdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin 9 ayı ərzində 247 baş artaraq 36998 baş, xırda buynuzluların sayı isə 1156 baş artaraq 131735 baş olmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.
Respublika Prezidentinin sərəncamına müvafiq olaraq istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Həmçinin torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.
“Aqrolizinq” vasitəsilə ilə bu ilin 9 ayı ərzində kənd əməkçilərinə 50% güzəştli qiymətlə 259 ton azot satılmışdır ki, bu da keçən ilə nisbətən 54,25 ton çoxdur. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsinə görə 2013-cü ildə 2573 nəfərə 657183,2 manat məbləğində dövlət tərəfindən subsidiya verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış mənbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan kanalının qolundan su götürən Hacıqabul magistral beton kanalının 23,9 km-lik hissəsi Padar kəndi ərazisinə qədər tikilib başa çatdırılmış və istismara qəbul edilmişdir.
Kanalın su keçirmə qabiliyyəti 5 kub metr san-dır. Hal-hazırda bu kanal Padar-Qarasu ərazisində 2000 ha-ya yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin etmək gücünə malikdir.
Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcək və bundan əlavə həmin kanal vasitəsilə rayon ərazisində 1625 ha dövlət fond torpaqlarında yaradılacaq taxılçılıq təsərrüfatını suvarma suyu ilə təmin edəcəkdir. Hal-hazırda kanalda tikinti işləri davam etdirilir.
Rayon ərazisində 2007-ci ildə bərpasına başlanılmış Pirsaat su anbarında yenidənqurma işləri başa çatdırılmış və su tutumu 7,1 mln.kub metrə çatdırılmışdır ki, Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırmışdır. Həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır.
Hesabat dövründə 2014-cü ilin məhsulu üçün 8950 hektar sahədə şum aparılaraq 2190 hektar sahədə taxıl səpini aparılmışdır ki, bu da keçən illə müqayisədə müvafiq olaraq 39 hektar və 91 hektar çoxdur.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası hesabat dövründə də davam etdirilmişdir. Rayon əraziisndə 11000 ağac və 12000 ədəd gül kolları əkilmiş, salınmış yaşıllıqlara qulluq edilmişdir.
Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Cari ilin 9 ayı ərzində təsərrüfatlarımızdan Bakı əhalisinə 4,9 ton mal əti, 1 milyon 720 min ədəd yumurta, 15,1 ton meyvə, 15,2 ton toyuq əti ,24 ton bostan-tərəvəz məhsullarının satışı təşkil olunmuşdur.
2013-cü ilin 9 ayında rayonda 6 tikinti təşkilatı fəaliyyət göstərmişdir. Bu müddətdə tikinti təşkilatları öz gücləri ilə 5700,3 min manatlıq iş görmüşlər. Tikintidə işləyənlərin sayı isə 147 nəfərə çatmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar 72361,3 min manat təşkil edir. Rayonda büdcədənkənar vəsait hesabına 6,5 min manat, yerli büdcədən maliyyələşməklə isə 635,7 min manat, dövlət büdcə vəsaiti hesabından 10174,8 min manat vəsait yol təmir-tikinti və abadlıq işlərinə xərclənmişdir.
Hesabat dövrü ərzində 8305,0 min manatlıq əsas fondlar, 29885,8 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir.
2013-cü ilin 9 ayı ərzində rayonda tikinti, quruculuq, abadlıq işləri davam etdirilmişdir.
M.Hüseynzadə küçəsində:
Piyada yolunun kənarında mişar daşından 230 kv.metr 20 sm qalınlığında divarın, 300 kv.metr 40 sm qalınlığında divarın hörülməsi, 64,6 kub metr qum-çınqıl qarışığından əsasın qoyulması, 200 kv.metr tamet tavaların qoyulması, 372 kv.metr divarın mozaika daşı və 680 kv.metr ağ-lay daşı ilə üzlənməsi, 60 kub metr B15 monolit beton lentvarı özülün tökülməsi işləri görülmüşdür.
3 ədəd 5 mərtəbəli yaşayış binalarında:
44 kub metr damın taxta çatıayaqlarının quraşdırılması, 4425 kv.metr metal kirəmitdən daşın düzəldilməsi, 750 metr sinklənmiş dəmirdən navalçaların qoyulması, 384 metr su axıdan boruların vurulması işləri. Görülmüş, eləcə də, 10 ədəd 2 mərtəbəli yaşayış binalarında: 3138 kv.metr köhnə suvaq qatının sökülməsi, 6300 kv.metr fasad divarın sement məhlulu ilə suvanması, 8500 kv.metr fasad divarın şpaklovkalanması, 808 kv.metr ağ-lay daşı ilə üzlənməsi, 140 kv.metr yararsız taxta qapıların sökülməsi, 556 kv.metr metal-plastik pəncərə bloklarının quraşdırılması, 500 metr çatı ayaqların və maili dirəklərin yararsız hissələrinin dəyişdirilməsi, 280 kv.metr damda taxta qəfəsənin təmiri, 5981 kv.metr metal kirəmitdən damın düzəldilməsi. 962 kv.metr fasad divarın suvaq qatının sökülməsi, 1000 kv.metr divarın sement məhlulu ilə suvanması, 392 kv.metr divarların ağ-lay daşı ilə üzlənməsi işləri görülmüşdür.
M.Hüseynzadə küçəsindəki parkda 86 kub metr köhnə daş hasarın sökülməsi, 173 metr yararsız səki daşlarının sökülməsi, 260 kv.metr 60 sm qalınlığında divarın mişar daşından, 500 kv.metr 40 sm qalınlığında 16 kv.metr 20 sm qalınlığında divarın hörülməsi, 610 kv.metr divarın sement məhlulu ilə suvanması işləri aparılmışdır.
Şəhərin İ.Qayıbov küçəsinin qərbində Olimpiya İdman Kompleksinin tikintisi üçün 4,25 ha torpaq sahəsi, 1 ədəd 4 mərtəbəli 36 mənzilli Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binasının tikintisi üçün 4000 kv.metr torpaq sahəsi ayrılmışdır.
Şorbaçı kənd 220 şagird yerlik, Abdulabad kənd 480 şagird yerlik, Qubalıbalaoğlan kənd 260 şagird yerlik tam orta məktəblərinin tikintisi başa çatmış və istismara qəbul olunmuşdur.
Navahı qəsəbə 1 saylı tam orta məktəbinin 1-ci mərtəbəsində tikinti-quraşdırma işləri başa çatmış, Hacıqabul şəhər 4 saylı tam orta məktəbində bərpa-gücləndirmə işləri başa çatmış və istismara qəbul olunmuşdur. Hacıqabul şəhər 1 saylı 60 yerlik “Lalə” uşaq bağçası tikintisi başa çatmış və istismara qəbul olunmuşdur.
Hacıqabul şəhərində H.Əliyev fondu hesabına 440 şagird yerlik, Navahı qəsəbəsində 200 şagird yerlik tam orta məktəblərin tikintisi davam edir.
Ağacanlı kənd 80 şagird yerlik, Hacıqabul şəhər 2 saylı tam orta məktəbinin tikintisi və Hacıqabul şəhər 4 saylı tam orta məktəbində əlavə 60 şagird yerlik korpusun tikintisi işləri davam edir.
Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunda 36 km yola 10 sm qalınlığında, 6 m enində asfalt örtüyü qoyulmuş, işlər başa çatmış və istismara qəbula hazırdır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti tərəfindən 14 fərdi yaşayış evinin, 20 ədəd isə sahibkarlıq subyektlərinin tikintisinə icazə verilmişdir.
Əhaliyə göstərilən xidmət sahələri daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 2013-cü ilin 9 ayı ərzində Hacıqabul Elektrik Şəbəkəsinin xidməti ərazisində aşağıdakı işlər görülmüşdür.
35 kV-luq hava xətlərində 31,1 km məsafədə əsaslı təmir işləri aparılmışdır. - Ümumilikdə gücü 10,8 mVA olan 35/10/6 kV-luq yarımstansiyalarda əsaslı və cari təmir işləri görülmüşdür. - Ümumilikdə 1,5 km məsafədə 6 kV-luq və 1,3 km məsafədə 10 kV-luq EVX-lərdə əsaslı və cari təmir işləri aparılmışdır. - Ümumilikdə gücü 1996 kVA olan Hacıqabul Elektrik Şəbəkəsinin balansında olan 16 sayda güc transformatoru zədələndiyi üçün əsaslı təmir olunaraq təmir sexində təmir olunaraq əvvəlki yerində quraşdırılmış. - Rayonun Muğan qəsəbəsində 750 metr məsafədə yeni 10 kV-luq EVX çəkilmişdir. - Ümumilikdə 2013-cü ilin 9 ayı ərzində Hacıqabul Elektrik Şəbəkəsinin xidməti ərazisində 26615 metr SİP kabel xətti çəkilmişdir.
Hacıqabul şəbəkə rayonu 2013-cü ilin 9 ayı ərzində 117 697 750 kvt.s enerji almışdır. Bundan əhaliyə ötürülən enerji 35.040.140 kvt.saatdır. Bunun da dəyəri 2.102.408 manat olduğu halda ödəniş 1.243.673 manat olmuşdur ki, bu da 60,0 % təşkil edir.
Rayonumuzda yeni qazlaşdırma işləri də davam etdirilmişdir.
2013-cü ilin 9 ayı ərzində Padar qəsəbəsində 34145 pm, Ağacanlı kəndində 11197 pm, Bürvənd kəndində 2841 pm və Ələtli kəndində 11946 pm müxtəlif diametrli yeraltı və yerüstü qaz xətləri çəkilmişdir. Bundan əlavə Ələtli kəndində 74 ədəd, Bürvənd kəndində 18 ədəd, Ağacanlı kəndində 88 ədəd, Padar qəsəbəsində 179 ədəd və Balıqçı qəsəbəsində 80 ədəd G-4 markalı smart kart tipli qaz sayğacları və 39 ədəd fərdi qaz tənzimləyici, o cümlədən 10 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.
Hacıqabul rayonunun bütün kəndlərinə artıq yeni qaz xətləri çəkilmiş, fərdi mənzillər samart kart tipli qaz sayğacları təmin edilmişdir. Hal-hazırda abonent sayı 12035 nəfər təşkil edir ki, bu da 2012-ci illə müqayisədə 2020 nəfər çoxdur.
Hərbi şəhərcikdə yerləşən 2 ədəd 5 mərtəbəli və 10 ədəd 2 mərtəbəli yaşayış binalarına qaz xətləri çəkilmiş və smart kart tipli sayğac quraşdırılaraq mənzillərə təbii qazın verilməsi təmin edilmişdir.
Cari ilin 9 ayında Hacıqabul QİS 17006,5 min kub metr təbii qaz istehlak etmişdir ki, bunun da 15481,8 min kub metri yerli əhaliyə satılmış və plan 100,3 % yerinə yetirilmişdir.
Cari ilin 9 ayı ərzində Sukanal İdarəsi Hacıqabul şəhərinin küçələrində diametri 89-219 mm, uzunluğu 590 pm sıradan çıxmış borular yenisi ilə əvəz edilmişdir. 3 ədəd diametri 100 mm, 2 ədəd diametri 150 mm, 1 ədəd diametri 80 mm olan siyirtmələr qoyulmuşdur.
Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin tam yenidən qurulması işlərində 01 oktyabr 2013-cü ilə qədər 82834 metr su xətti, 22021 metr kanalizasiya xətti çəkilmişdir. 800 ədəd smart kart tipli sayğac quraşdırılmışdır. Cari ilin 9 ayı ərzində əhaliyə satılan içməli suyun müqabilində 244253 manat vəsait yığılmışdır ki, bu 72,6 % təşkil edir.
2013-cü ilin 9 ayı ərzində rayon Telekommunikasiya Qovşağında abonentlərə 280 telefon, 700 internet xətti çəkilişi aparılmışdır ki, bunun nəticəsində də telefon abonentlərinin sayı 5743 nəfərə, internet abunəçilərinin sayı isə 1340 nəfərə çatmışdır.
Hacıqabul poçt filialında əhaliyə 29 adda poçt xidməti göstərilir. 2013-cü ilin 9 ayı ərzində 46,990 min manat proqnoz tapşırığa qarşı 62240 manat xidmət göstərilmişdir ki, bu da 132 % təşkil edir. Bundan əlavə əhalidən 1.330.660 manat işıq pulu, 230,5 min manat su pulu qəbul edilmişdir.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Cari ilin 9 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərin aşkara çıxarılması sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu məqsədlə rayonda müxtəlif seminarlar, inşa, rəsm və şer müsabiqələri, dəyirmi masalar və sair tədbirlər keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir.
Şagirdlərin bilik səviyyəsinin artırılması məqsədilə müxtəlif fənn olimpiadaları, bilik yarışları təşkil olunmuşdur.
Rayon Təhsil şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində məktəbi bitirən şagirdlərin ali məktəblərə qəbulu ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, şagirdlərin ali məktəblərə hazırlığını daha da mütəşəkkil təşkili məqsədi ilə ayda bir dəfə “Araz” hazırlıq kurslarının xəttilə sınaq imtahanları keçirilmiş, nəticələr təhlil olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilmişdir. İmtahanların mütəşəkkil keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən hər cür köməklik göstərilmişdir.
2013-cü ildə də ali və orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə elektron variantda aparılmışdır. 2013-cü ildə XI sinifi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 204 nəfər məzun ali məktəblərə sənəd təqdim etmişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 94 nəfər (46,1%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 19 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bütövlükdə bu il rayon üzrə 113 nəfər ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 32 nəfəri (34%) pedaqoji ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdur ki, bu da gələcəkdə rayonda kadrlara olan ehtiyacın ödənilməsinə köməklik göstərəcəkdir.
Ali məktəblərə qəbulda şəhər 1, 4, 5 nömrəli, Muğan qəsəbə və Rəncbər kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Şəhər 5 nömrəli tam orta məktəbdən 12 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 9 nəfəri 500-dən yuxarı, (şəhər 1, 2, 4, 6, 9 saylı, Muğan qəsəbə, Rəncbər Qubalıbaloğlan, Atbulaq kənd orta məktəbləri), 3 nəfəri 600-dən yuxarı (şəhər 4,5 saylı. Muğan qəsəbə tam orta məktəbləri) bal toplamışdır.
Ali məktəbə yüksək balla qəbul olunan məzunlar rayon təhsil işçilərinin sentyabr konfransına dəvət olunmuş və onlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə və pul mükafatı verilmişdir.
Hesabat ilində rayonun məktəbdənkənar müəssisələrinin də müəyyən uğurları olmuşdur. Belə ki, Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə təşkil etdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görülmüşdür.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi, Dəmir yol xəstəxanası və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Mərkəzi Rayon Xəstəxanasında əhaliyə 55 həkim, 181 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 28 nəfər həkim, 19 nəfər orta tibb işçisi vəzifəsi vakantdır.
Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 1739 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 18744 gün olmuşdur. Ambulator gəlişlərin sayı 114987 nəfər təşkil etmişdir.
2013-cü ilin 9 ayı ərzində xəstəxanada 19 nəfər ilkin onkoloji xəstə kimi qeydiyyata götürülmüş, hazırda 149 nəfər onkoloji xəstə dispanser qeydiyyatındadır. Xəstəxanada həmçinin bu dövrdə 113 nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdır ki, hal-hazırda bu qəbildən olan 939 nəfər xəstə dispanser qeydiyyatına alınmışdır. 2 nəfər talassemiyalı xəstə qeydiyyata götürülmüş, ümumilikdə 15 nəfər dispanser qeydiyyatındadır.
Hesabat dövründə vərəmin erkən aşkar edilməsi məqsədilə xəstəxanada 1416 nəfər tibbi müayinədən keçirilmiş, 31 nəfər vərəmli xəstə qeydə alınmışdır.
Bu dövr ərzində doğuşların sayı 896 nəfər olmuşdur. Ev doğuşları olmamışdır. 90 qeysəriyyə əməliyyatı aparılmışdır.
2013-cü ilin 9 ayı ərzində cərrahı şöbədə 168 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra ölüm olmamışdır. Xəstəxanaya 297 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 37 nəfər avtomobil qəzası nəticəsində alınmış travmalardır.
Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 393 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 82 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 13495 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Qanuna uyğun olaraq gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini həyata keçirmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, pərakəndə satış və topdan satış, ictimai-iaşə obyektlərində müntəzəm sanitar müayinələr aparmış, aşkar olunmuş nöqsanlar barədə cavabdeh şəxslərə xəbərdarlıq olunmuşdur. İstifadə müddəti bitmiş 31,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayonun ümumtəhsil məktəblərində 4975 nəfər 1-6-cı sinif şagirdlərinə Albendazol həbi vermişdir.
Rayonda 2013-cü ilin 9 ayı ərzində xüsusi təhlükəli infeksiyalar və quduzluq xəstəliyi qeydə alınmamışdır. Malyariya xəstəliyini aşkar etmək məqsədilə 4087 qan preparatı parazitoloji laboratoriyada müayinə edilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Yeni il şənliyi”, “Qanlı Yanvar 1990”, “Xocalı soyqırımı”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart Azərbaycanlıların soyqırımı günüdür”, ”Beynəlxalq Uşaqların müdafiəsi” günü, ”Milli Qurtuluş” günü, kitab və foto sərgilər, kompozisiyalar, konsertlər və s tədbirlər keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Salyan rayonunda keçirilən Uşaq Musiqi və İncəsənət məktəblərinin, Uşaq xor kollektivlərinin Respublika baxış müsabiqəsində Uşaq musiqi məktəbinin uşaq xor kollektivi uğurla çıxış etmiş, bu məqsədlə kollektivin rəhbəri fəxri fərmanla təltif olunmuşdur.
2013-cü ilin 9 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən ümumilikdə 11875 nəfər oxucu istifadə etmişdir. Rayon Tarix –Diyarşünaslıq muzeyində 48 qrup tərkibində 1327 nəfər ekskursiyaçı qəbul edilmişdir.
Hesabat ilində Heydər Əliyev Mərkəzinin təmir və genişləndirilməsi işi başa çatdırılmışdır.
Məlumat üçün bildirirəm ki, Heydər Əliyev Mərkəzi genişləndirilərək ümumi sahəsi 1172 kv.metrə çatdırılmışdır. Mərkəzdə ekspozisiya və konfrans zalları, xalq yaradıcılıq, foto, rəsm studiyaları, internet elektron kitabxana, xarici dil öyrətmə mərkəzi fəaliyyətə başlamışdır ki, bu da rayon əhalisinin, xüsusən də gənclərin Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənməsi, eləcə də bilik və bacarığının artırması, xarici dilləri öyrənməsi, elektron kitabxanadan istifadə etməsi üçün geniş imkanlar yaradır. Heydər Əliyev Mərkəzi 9 ay ərzində 1373 nəfər ekskursiyaçı qəbul etmişdir.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 1790 nəfərin iştirakı ilə 25 tədbir, idman sahəsində isə 26 tədbir keçirilmişdir ki, bu tədbirlərə 1524 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
Rayonda Gənclər evinin və idman qurğularının olmaması səbəbindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb olunmasında çətinlik yaranır. Bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti orqanlara rəsmi qaydada müraciətlər olunmuşdur. Müraciətin nəticəsi olaraq 2014-cü ildə rayonda idman qurğularının tikintisi nəzərdə tutulmuşdur.
2013-cü ilin 9 ayı ərzində yerli büdcənin mədaxil proqnozunun yerinə yetirilməsi vəziyyəti qənaətbəxş olmuşdur. Belə ki, daxilolmalar üzrə proqnoz 2797.3 min manata qarşı 2.880.2 min manat və ya 103,0 % icra olunmuşdur. Büdcənin xərc hissəsi 7.402.7 min manat təyinata qarşı 6.452.2 min manat yəni 87,2 % icra olunmuşdur.
Dövlət Başçısının sərəncamı ilə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılmışdır. Ünvanlı sosial yardım proqramı uğurla icra olunur. Bu gün rayonumuzda ünvanlı sosial yardım alan ailələrin sayı 1021, yardımla əhatə olunmuşların sayı isə 5002 nəfərdir.
Rayon əhalisinin 2013-cü ilin 9 ayında ümumi pul gəliri 183380 min manat təşkil edirdisə, bu ilin eyni dövründə 20299,5 min manata çatmışdır. Hər nəfərə düşən pul gəlirləri əvvəlki 2657,7 manatdan hazırda 2937,6 manata çatmışdır.
İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
2013-cü ilin doqquz ayı ərzində rayonda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35200 nəfərdən 36165 nəfərə yüksəlmişdir. Bu isə ümumi rayon əhalisinin 51, %-ni təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin sayı 35445 nəfər olmuşdur.
Son 9 ayda rayon məşğulluq mərkəzinə işlə təmin olunmaq üçün 419 nəfər müraciət etmişdir. Onlardan 350 nəfər işlə təmin edilmiş, 34 nəfərə müavinət təyin edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəki 250,3 manatdan artaraq 255,6 manata çatmışdır. Hesabat dövründə rayonun idarə və müəssisələrində 682 yeni iş yeri açılmışdır ki, bunlardan 581-i daimi iş yeridir.
Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.
2013-cü ilin 9 ayı ərzində rayon ərazisində 123 cinayət hadisəsi qeydə alınmışdır. 115 cinayət işi açılmış, Yetkinlik yaşına çatmayanlar tərəfindən 1 cinayət hadisəsi törədilmişdir. Cinayətlərin açılması 92,5 % təşkil edir.
9 ay ərzində keçirilmiş əməliyyat, axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 35 cinayət faktı,qəsdən adam öldürmə 1 cinayət faktı, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması üzrə 21 fakt, xuliqanlıq üzrə 3 fakt aşkar edilmişdir.
2012-ci ilin 9 ayı ərzində rayon Prokurorluğunda icraata 11 cinayət işi qəbul edilmişdir. İcraatda olan cinayət işlərindən 7-nin ibtidai istintaqı tamamlanmış, 2-nin icraatı dayandırılmış, 2012-ci ildən 2 cinayət işi qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərindən 2-si ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə məhkəməyə, 1 fakt isə aidiyyəti üzrə göndərilmiş, 7-nin icraatına isə xitam verilmişdir.
2013-cü ilin 9 ayında rayon Qeydiyyat şöbəsində 882 doğum, 242 ölüm, 403 nikahın bağlanması, 33 nikahın pozulması qeydləri rəsmiləşdirilmişdir. Dövlət büdcəsinə 3274 manat dövlət rüsumu ödənilmişdir.
2013-cü 9 ayı ərzində Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən 3137 Notariat hərəkəti rəsmiləşdirilmiş, bunun üçün isə dövlət büdcəsinə 33062 manat 50 qəpik dövlət rüsumu ödənilmişdir.
Rayon ərazisində 18 ərazi dairəsi üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 4 qəsəbə, 13 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir. Ərazidə həmçinin 426 ailə olmaqla 1603 nəfər məcburi köçkün, 124 ailə olmaqla 426 nəfər qaçqın yaşayır. Onların problemlərinin həlli daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş, əlamətdar günlərdə və bayramlarda məcburi köçkün ailələrinə maddi köməklik və bayram sovqatı verilmişdir.
Hesabat dövründə rayon İcra hakimiyyəti Başçısının yerlərdə 160 səyyar qəbulu təşkil olunmuş, sakinlərin problemləri yerində araşdırılmış və həmin problemlərin həlli istiqamətində aidiyyəti idarə və müəssisələrə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin 9 ayı ərzində İcra Hakimiyyətinə 796 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 285 Prezident Administrasiyasından, 29 Mili Məclisdən, 17 Nazirlər Kabinetindən, 36-sı isə Respublikanın digər rəhbər təşkilatlarından, 429-u isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
Maddi ehtiyac üçün İcra Hakimiyyətinə müraciət edən 317 nəfər rayon sakininə 27050 manat yardım edilmişdir.
İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə „Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmuş, bütün müraciətlər vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir. Ərizələr şöbələrdə ciddi araşdırılmış və onların böyük hissəsi vətəndaşların xeyrinə həll olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. İcra Hakimiyyətinin Başçısı tərəfindən bu müddətdə 421 nəfər vətəndaş qəbul edilmişdir. Bunların 160 səyyar qəbullarda, 261 isə aparatda dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
İcazə verin Sizin adınızdan cənab İlham Əliyevi üçüncü müddətdə ali dövlət vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibəti ilə təbrik edək və Azərbaycanın xoşbəxt gələcəyi naminə uğurlar arzulayaq və əmin edək ki, biz Hacıqabullular bundan sonra da ölkə prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq işimizi günün tələbləri səviyyəsində quracağıq.