Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Muğan qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirildi

11 mart 2022 | 16:00

11 mart 2022 -ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonunun Muğan qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə qəsəbə sakinlərinə məlumat verdi.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.

Keçidlər