Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Mirzəyev Məsud Fazil oğlunun xatirəsi doğum günündə anılıb.

09 aprel 2022 | 16:00

Hacıqabul rayonunun İkinci Udullu kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Mirzəyev Məsud Fazil oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb. Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, ailə üzvləri iştirak etmişdir.

Şəhidlin məzarı ziyarət olunaraq üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Mirzəyev Məsud Fazil oğlunun göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.

 

 

Keçidlər