Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin 16-25 aprel tarixində Haciqabul rayonun ümumi sayı 70 115-dən çox olan sakini Səyyar ASAN xidmətdən Hacıqabul rayonunda yararlana biləcəkdir.

11 aprel 2014 | 15:00

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Müvafiq xidmətlərdən yararlanmaq məqsədi ilə Hacıqabul rayonunun sakinlərini mütəşəkkil qaydada müraciətlərini etməyə çağırırıq.

Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət etməyi tovsiyə edirik.

108 (mobil telefonlardan 012 108) N-li Çağrı Mərkəzi

www.asan.gov.az

www.facebook.com/www.asan.gov.az

Keçidlər