Hacıqabul rayonunda “23 iyun - Dövlət Qulluqçularının peşə bayramı” qeyd olunub
23 iyun - Dövlət Qulluqçularının peşə bayramı Hacıqabulda qeyd olunub. Hacıqabul rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub.
Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanıb. Yüksək işgüzar, savadlı, qabiliyyətli və mənəvi keyfiyyətləri, əqidə təmizliyi ilə cəmiyyətə, dövlətə xeyir verə biləcək istedadlı kadrların dövlət idarəçiliyində irəli çəkilməsi, onların səmərəli fəaliyyətinə imkan və şəraitin yaradılması məsələsi ulu öndərimizin dövlətçilik ideyasının başlıca məzmunu olub.
Hazırda Hacıqabul rayonunda 12 təşkilatda 210 nəfərdən çox dövlət qulluqçusu fəaliyyət göstərir. Təkcə rayon İcra Hakimiyyətində 30 nəfərdən çox dövlət qulluqçusu çalışır ki, onların da 65 faizini gənclər təşkil edir.
Bir qrup fəal dövlət qulluqçusuna qiymətli hədiyyələr təqdim olunub. Toplantıda çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə Dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.