Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul polis işçilərinin peşə bayramı Hacıqabul rayonunda qeyd edildi

03 iyul 2014 | 15:00
2 iyul Polis işçilərinin peşə bayramı günü Hacıqabul rayonunda da təntənə ilə qeyd edilib. Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayon Polis Şöbəsinin rəisi Ramazan Kərimov Heydər Əliyev xatirə parkında yerləşən Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, abidə önünə təzə-tər gül dəstələri düzüblər. Tədbir Rayon İcra Hakimiyyətinin Akt zalında davam edib. İlk olaraq Hacıqabul rayon PŞ-nın rəisi, polis polkovniki Ramazan Kərimov çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. Tədbirdə xidməti zamanı fərqlənən üç polis nəfərinə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim edilib. Həmçinin veteran polis işçilərinə qiymətli hədiyyələr verilib. Tədbirdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək iştirakçılara bayram təbriklərini çatdırıblar.
Keçidlər