2014-cü ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat yığıncağı keçirilmişdir
14 oktyabr 2014 | 15:00
14 oktyabr 2014-cü il tarixdə saat 11:00-da rayon İcra Hakimiyyətinin Akt zalında 2014-cü ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran məsələlər barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarovun hesabat yığıncağı keçirilmişdir. Şura iclasında İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar olmaqla – cəmi: 120 nəfər iştirak etmişdir.