23.10.2014-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşü keçirilmişdir
Navahı kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Navahı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mayıl Tapdıqov kəndlərin sakinləri, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışaraq, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Səyyar qəbulda iştirak edən kənd sakini Əlikram Əliyev, Əlifət Qasımov, Yaqub Tapdıqov, İbrahim Əliyev, Afət Səlimova, Əzizağa Ağayev və Mehriban Qasımova çıxış edərək son aylarda rayonumuzda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmışlar.
Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılmış, qaldırılmış məsələlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilmişdir.