Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Hacıqabul rayonunda ehtiramla yad edilib
12.12.2014-cü il tarixdə Hacıqabul şəhərində “Heydər Əliyev” parkında müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə , müəssisə, təşkilat rəhbərləri, məktəblilər , veteranlar, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə iştirak edən minlərlə Hacıqabullu Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Ulu Öndərin xatirəsini daim Hacıqabullular daim yad edəcək və nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var, Heydər Əliyev həmişə ürəklərdə yaşayacaq