İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dekabrın 20-də Hacıqabulda vətəndaş qəbulu keçirimişdir
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dekabrın 20-də Hacıqabulda vətəndaş qəbulu keçirmişdir.
Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaş qəbul edilmişdir.
Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, bir sıra müraciətlər yerindəcə həllini tapmış, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.
Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərini də dinləmiş, onlarla müzakirələr aparılmış, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Qəbula gəlmiş vətəndaşlar onlar üçün yaradılmış şəraitə və bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı müraciətlərinin həllinə görə dövlət başçısına minnətdarlıq etmişlər.