Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində vətəndaşları qəbul etmişdir
16 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.