Qədim bayramlarımızdan olan Novruz Hacıqabulda da yüksək əhval-ruhiyyədə qeyd olunub
18 mart 2015 | 16:00
Rayonda tarixi abidə kimi qorunan Dəmir Yolu Vağzalı ətrafında başlayan və davamı rayon mərkəzində təşkil edilən bayram tədbirinə böyükdən-kiçiyə hər kəs qatılıb. Səməni, paxlava, şəkərbura, boyanmış yumurtalar və digər bayram atributları diqqət çəkib. Pəhlivanların, azyaşlı idmançıların nümunəvi çıxışları isə bayramı daha da coşdurub. Çıxış edən rayon rəhbərliyi sakinləri təbrik edərək bayram tonqalını alovlandırıb. Musiqiçilərin, rəqqasların iştirakı ilə Novruz şənliyi davam edib.