Şriftin ölçüsü :

Saytın rəngi :

19 may 2015-ci il tarixdə Rayon Mədəniyyət evində Uşaq Musiqi Məktəbinin 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

19 may 2015 | 15:00

19 may 2015-ci il tarixdə rayon Mədəniyyət evində Uşaq musiqi məktəbinin 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Şəhər Uşaq musiqi məktəbi 1990-cı ildən 6 sinif otağı 9 müəllim, 60 şagird 4 ixtisas üzrə fəaliyyətə başlamışdır. Ötən müddət ərzində məktəbin müəllim kollektivi işlərini daim günün tələbləri səviyyəsində qurmağa çalışmış, şagirdlərin ibtidai musiqi təhsilinə yiyələnməsində fəallıq göstərmişdir. Hazırda məktəbdə 214 şagird 7 ixtisas üzrə ibtidai musiqi təhsili alır. Fəaliyyəti dövründə onlarla yetirməsi təhsil aldıqları məktəbdə müəllim kimi çalışaraq gənc nəslin musiqi tərbiyəsində fəallıq göstərirlər. Məktəb uyğunlaşdırılmış binada yerləşsə də rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olmuş, onun maddi-texniki bazasının möhkəmlənməsində, yeni inventar avadanlıqlarla təmin olunmasında, yaxından köməklik göstərmişdir. Rayon rəhbərliyinin məktəbin müəllim və xor kollektivinin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırması, rəhbərliyin kollektivə verdiyi qiymətin bariz nümunəsidir. Məktəbdə tədrisin gücləndirilməsi, şagirdlərin hərtərəfli estetik inkişafı üçün rəngarəng tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir. Məktəbin daxili həyatını canlandıran tədbirlərlə yanaşı müəllim və şagird kollektivi rayonda keçirilən tədbirlərdə daim fəallıq göstərmişlər. Görülmüş işlər diqqətdən yayınmamış, Respublikamızın Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevin imzası ilə məktəbin müəllim kollektivi yüksək səviyyədə şagird hazırlığına görə Fəxri Fərmanla təltif edilmişdir. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Zeynəb Əsgərova kollektivi təbrik edərək Rayon İcra Hakimiyyəti Başçısının məktəbin 25 illik yubileyi ilə bağlı fəxri fərmanını və qiymətli hədiyyəsini məktəb rəhbərliyinə təqdim etmişdir.

Keçidlər