Şriftin ölçüsü :

Saytın rəngi :

“28 may - Respublika Günü” nü Hacıqabul rayonunda da qeyd edilmişdir.

27 may 2015 | 15:00

Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov “28 may - Respublika Günü” nə həsr olunmuş tədbirdə çıxış edərək bildirmişdir ki, Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda respublika günü kimi qeyd olunur.

Azərbaycan Demokratik Respublikası 23 ay yaşamasına baxmayaraq respublikanın fəaliyyət dövrü dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən birini təşkil edir.

Bu gün xalqımız Demokratik Respublikanın Qurucularını – qabaqcıl fikirli ziyalılarını, vətənpərvər oğullarını böyük hörmət və ehtiramla yad edir.

Xalqımız öz tarixinin çox gərgin və məsuliyyətli dövrünü yaşayır. Üzərində Dağlıq Qarabağ kimi böyük problemi olmasına baxmayaraq Respublikamız müstəqillik yolunda irəliləyir. Müxtəlif maneələrlə üzləşməsinə baxmayaraq, müdrik və uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyevin uğurlu siyasi kursun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövləti dünyada tanınan və müstəqil diplomatik əlaqələr quran Respublikadır.

Müdrik Azərbaycan xalqı bu gün, hamılıqla möhtərəm prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət kursunu bəyənir və dəstəkləyir.

Hacıqabullular da əmindirlər ki, polad iradəyə sahib olan İlham Əliyev cənabları bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və daima müstəqilliyimizin qarantı olacaqdır.

Mən Sizi bu gözəl bayram münasibəti ilə təbrik edir hamınıza can sağlığı arzu edirəm.

Keçidlər