Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

18 sentyabr 2015 | 15:00

Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin sırasında duran, Azərbaycanın görkəmli şəxsiyyət olmuşdur. 1885-ci ilin sentyabrın 18-də Azərbaycanın gözəl guşələrindən biri olan Şuşa yaxınlığında yerləşən Ağcabədidə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində dünyaya gəlmiş. Şuşada təhsilini almış, müqəddəs Şuşanın ab-havasının təsirini, Nətəvan dünyasının , musiqişünas Mir Möhsün Nəvvab sənətinin, fikrinin təsirini duymuş, sonra 1899-1904-cü illər Qori seminariyasında yüksək təhsil almış, oranı bitirərək kənd müəllimi adını qazanmış və nəhayət Sankt-Peterburqda konservatoriyanı bitirmiş, Üzeyir Hacıbəyli beləliklə böyük, parlaq yaradıcılıq yoluna başlamış və bu yaradıcılıq yolunu şərəflə keçmiş , Azərbaycan xalqının tarixində görkəmli bir yer tutmuşdur. Üzeyir Hacıbəyli uşaqlıqdan , gənc vaxtlarından məhz fitri istedadına görə çox şeyləri öyrənməyə çalışmış və öyrənmişdir. Azərbaycanın tarixini öyrənə bilmiş, mədəniyyət tarixini və xalqımızın musiqisini öyrənmiş, musiqiyə böyük həvəs göstərmişdir. Azərbaycanda Üzeyir Hacıbəyli məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk bəstəkardır. Azərbaycanın ondan sonrakı bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar. Xalq onu daima qəlbində saxlayıb, mədəniyyətimiz onun yaradıcılığından bəhrələnərək inkişaf edibdir. Buna görə də Üzeyir Hacıbəylinin anadan olması günü hər il qeyd edilir. 18 sentyabr Şəhər Klubunda Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibəti ilə Şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi bayram tədbiri keçirmişdir. Tədbirdə məktəbin müəllim və şagirdlərindən ibarət xor kollektivi, müəllimlər İsrail Baxşıyev, Mənsurə Nəhmədova, Ayəniz Ağayeva Fuad Nəzərov, Sahib Pənahov, Həsən Qibiyev, Kamran Aslanov, Turanə Hüseynova şagirdlər Elvin Əhmədov, Əlişah Nurəliyev, Xanımana Həsənova, Aişə Sahibova, Elnurə Novruzova, Elnarə İbrahimova, Ələsgər Hüseynov, Adilə Məmmədzadə, Rəsul Haqverdiyev, Zəki Əliyarlı, Rəmziyyə Əliyeva bəstəkarın əsərlərini ifa etmişdir.

Keçidlər