Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon Mədəniyyət şöbəsinin, onun nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Mədəniyyət evlərinin və klubların, şəhər uşaq 7 illik musiqi məktəbinin birgə fəaliyyətinin 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

30 sentyabr 2015 | 15:00

Hacıqabulun yenidən rayon statusu almağının, eləcə də rayon Mədəniyyət şöbəsinin, onun nəzdində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Mədəniyyət evlərinin və klubların, şəhər uşaq 7 illik musiqi məktəbinin birgə fəaliyyətinin 25 illik yubileyidir. Bu münasibətlə Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsi rayon folklor klubunda “25 ilin işığında” adlı ədəbi bədii gecə keçirmişdir.

Əsası 1990-cı ildən qoyulmuş Hacıqabul Rayon Mədəniyyət şöbəsi 2006-cı ildən rayon Mədəniyyət və Turizm şöbəsi adı altında fəaliyyətini davam etdirir. Hazırda rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində Mədəniyyət mərkəzi, 6 Mədəniyyət evi, 10 klub, bir rayon Tarix Diyarşünaslıq Muzeyi, bir Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə 1 rayon Mərkəzi kitabxanası, 9 şəhər və qəsəbə kitabxana filialı, 17 kənd kitabxana filialı, bir şəhər uşaq 7 illik musiqi məktəbi fəaliyyət göstərir. Rayonda mədəniyyətə göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə eləcədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarova təşəkkür bildirdi.

Bir neçə mədəniyyət işçisi fəxri fərman və qiymətli hədiyyələrlə təltif etdi.

Tədbirdə rayon Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblı çıxış etdi. Səsləndirilən mahnı və şerlər yerli yazarların yaradıcılığından oldu. Müğənnilərin ifasında rayonumuzun görkəmli bəstəkarı Elza İbrahimovanın mahnıları, nəğməkar şairəmiz Zivər Ağayevanın, Miryusif Mirnəsiroğlunun sözlərinə yazılmış mahnılar oxunmuşdur. Şairlərimiz Sabir Almazovun və Əjdər Olun şerləri ifa olundu.

Keçidlər