Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacanlı kəndində səyyar qəbul-görüş keçirildi.

09 iyul 2026 | 12:12

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması və yerli səviyyədə mövcud məsələlərin operativ həlli ilə bağlı müəyyən etdiyi tapşırıq və prinsiplərə uyğun olaraq, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən rayonun yaşayış məntəqələrində mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirilir.

Bu məqsədlə 09 iyul 2026-cı il tarixində Ağacanlı kəndində növbəti səyyar qəbul təşkil olunmuşdur.

Qəbulda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Rayon Prokuroru Lalə Hüseynova, Dövlət Təhlükəsizliyi Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Elçin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Faiq Vahabov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər.

Görüş zamanı icra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, dövlət proqramlarının icrası, infrastruktur layihələri və sosial sahədə görülən işlər barədə ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların davamlı inkişafı istiqamətində həyata keçirilən islahatların Hacıqabul rayonunda da uğurla davam etdiyi qeyd etmişdir.

Səyyar qəbul çərçivəsində vətəndaşların müraciət və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin operativ araşdırılması və həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Həlli digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə yönləndirilməsi nəzərdə tutulmuşdur.

Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinə yerində baxılması, dövlət orqanları ilə əhali arasında səmərəli dialoqun gücləndirilməsi, mövcud problemlərin çevik həllinə şərait yaradılması və dövlət idarəçiliyində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu istiqamətdə Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul-görüşlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər