Şriftin ölçüsü :

Saytın rəngi :

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Hacıqabul rayonununda iri market, inşaat malları satışı və ictimai iaşə sahələrində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirilib.

23 yanvar 2025 | 17:27

Dövlət Xidməti tərəfindən Hacıqabul rayonunda iri market, inşaat malları satışı və ictimai iaşə sahələrində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirilib. Sahibkarlarla keçirilmiş maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, müştəri məmnuniyyətinin təmin olunması ilə bağlı tövsiyələr verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərinin nümayəndələri ilə mütəmadi maarifləndirici görüşlər təşkil edilir. Növbəti belə bir görüş Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Xidmətinin 5 saylı regional bölməsi (əhatə etdiyi rayonlar: Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Salyan, Neftçala) tərəfindən “Hacıqabul Rayon Heydər Əliyev Mərkəzi”ndə iri market, inşaat malları satışı və ictimai iaşə sahələrində fəaliyyət göstərən sahibkarlarla keçirilib.

Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən söz açılıb, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasının vacibliyi vurğulanıb. Eləcə də, istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə geniş məlumat verilib.

Daha sonra Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər diqqətə çatdırılıb. İstehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb, qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib.

Keçidlər