Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin əməkdaşları Hacıqabul rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

03 dekabr 2022 | 10:25

02 dekabr 2022-ci il tarixində "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdində yaradılmış Analitik qrupun heyəti Hacıqabul rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Görüşdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist  Faiq Hüsiyev, Televiziyanın proqram direktorunun müavini Bəxtiyar Qaraca, İdman Azərbaycan TV-nin direktoru Rövşən Binnətli, əməkdar artist Sevda Ağazadə, Mədəniyyət TV-nin “Səhərçağı” verilişinin baş redaktoru Nəcibə Əlixanova və bir qrup ictimaiyyət nümayəndələri iştirak ediblər.

Günümüzdə televiziyanın yayımladığı verilişlərdən geniş söhbət açılıb və tamaşaçı auditoriyasını maraqlandıran suallar televiziyanın analitik qrupun heyəti tərəfindən cavablandırılıb.

Keçidlər