Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

09 iyun 2023 | 11:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşların qəbulu prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş prokuror Kamran Əliyev Hacıqabul Rayon Prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib. Əvvəlcə Baş prokuror Kamran Əliyev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Keçidlər