Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Udullu kəndində səyyar qəbul-görüş keçirildi.

18 mart 2026 | 17:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların problemlərinin dinlənilməsi və operativ həlli məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən yerlərdə mütəmadi olaraq səyyar qəbul-görüşlər təşkil olunur.

18 mart 2026-cı il tarixdə növbəti səyyar qəbul-görüş Birinci Udullu kəndində keçirilmişdir.

Görüşdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Rayon Prokuroru Lalə Hüseynova, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.

Görüş zamanı icra hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə ölkəmizin, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və sosial layihələr barədə ətraflı məlumat vermişdir. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan genişmiqyaslı işlərin Hacıqabul rayonunda da öz müsbət nəticələrini verdiyini qeyd etmişdir.

Səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara yönləndiriləcəyi bildirilmişdir.

Sakinlər görüşün səmərəli keçdiyini vurğulamış, dövlət rəhbərliyinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər. Bu cür səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyətini təmin etmək və onların gündəlik həyatında qarşılaşdıqları problemlərin operativ həllinə nail olmaqdır.

Keçidlər