Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabul rayonunda vətəndaşları qəbul edib.

04 avqust 2025 | 16:18

04 avqust 2025-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabul  rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulmuşdur.

Qəbul zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidin dini ədəbiyyatla təmin olunması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Sonra Hacıqabul rayonu ərazisində yerləşən  “Cümə” , “Xilə” və “Hacı Yadulla” məscidləri ziyarət edilib. Ziyarət çərçivəsində Komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib.

Görüş iştirakçıları dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək, dini sahəyə göstərilən həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

Keçidlər