Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Proqramı çərçivəsində Hacıqabulda aqrar müəssisələrin fəaliyyəti və inkişaf perspektivləri müzakirə olundu.

03 sentyabr 2026 | 17:30

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Muğan qəsəbəsi ərazisində yerləşən “Agro Dairy” MMC-də və Meyniman kəndi ərazisində yerləşən “Angus Heyvandarlıq və Aqro” MMC-də olmuşdur.

Səfər çərçivəsində müəssisələrin fəaliyyəti, həyata keçirilən layihələr, istehsal imkanları və heyvandarlıq təsərrüfatında görülən işlərlə tanışlıq keçirilmiş, müəssisələrin nümayəndələri tərəfindən istehsal prosesi, təsərrüfatların fəaliyyəti, heyvandarlığın inkişafı və mövcud istehsal göstəriciləri barədə məlumat verilmişdir.

Görüşlər zamanı kənd təsərrüfatı və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın və istehsal potensialının artırılması, eləcə də Dövlət Proqramından irəli gələn tədbirlərin rayonda icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı aqrar sahədə mövcud imkanlardan səmərəli istifadə olunması, istehsalın genişləndirilməsi və təsərrüfatların fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Keçidlər