Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və Təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda "Son zəng" tədbirlərində iştirak edib.

14 iyun 2025 | 16:27

14 iyun 2025-ci il tarixində Elm və Təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda "Son zəng" tədbirlərində iştirak edib.İlk öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Elm  və Təhsil naziri Emin Əmrullayev Ümumilli lider  Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Hacıqabul şəhər 10 saylı və Muğan qəsəbə tam orta məktəblərində "Son zəng" tədbirlərində iştirak etdilər.

Tədbirdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev bu il ölkə üzrə 113 minə yaxın şagirdin məzun olduğunu diqqətə çatdırıb. Onların sırasında “Böyük Qayıdış”la yenidən canlanan işğaldan azad edilmiş torpaqlarımızın məzunlarının da yer aldığını vurğulayıb.

Nazir “Son zəng” ifadəsindəki son anlayışının isə əslində məzunlar üçün yeni başlanğıc olduğunu bir daha xatırladıb və həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, hər bir təhsil ocağının, eyni zamanda müəllimin əməyinin son nəticəsi onun yetişdirdiyi şagirdlərin məzun olaraq müstəqil həyata qədəm qoyması,  ali təhsil və digər sahələrdə  yeni-yeni uğurlar, nailiyyətlər  qazanmasıdır.

Bu gün təbii olaraq sevinc, həyəcan və kövrək hisslər yaşayan sizlərə tezliklə "tələbə" adını qazanmağınızı, öz yurdunuzun, doğma rayonumuzun adını yüksəklərə qaldıraraq onu layiqincə təmsil etməyinizi arzulayıram! Diləyirəm ki, tutduğunuz peşədən, aldığınız təhsildən asılı olmayaraq rayonumuz sizinlə, siz də  müstəqil və suveren vətənimizlə qürur duyasınız...!

Bir daha sizləri məzun günü münasibəti ilə təbrik edir, uğurlar diləyirəm......!

Keçidlər