Elm və Təhsil nazirinin müavini Hacıqabul rayonunda vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini İdris İsayev 17 dekabrın 2024-cü il tarixdə Hacıqabul rayonunda vətəndaşlarla görüşmüşdür.
Görüşdən öncə nazir müavini İdris İsayev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulmuşdur.
Vətəndaşlarla ğörüşdən sonra nazir müavini Hacıqabul şəhər 5 və 10 nömrəli tam orta məktəblərə baş çəkmiş, bu təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olaraq müəllim və şagird kollektivi ilə görüşmüşdür. Qonaq məktəb kollektivinin təkliflərini dinləyərək aidiyyatı üzrə öz tövsiyələrini vermişdir. Nazir müavini həmçinin Hacıqabul şəhərində yerləşən 2 nömrəli “Gündüz” körpələr evi-uşaq bağçasına da baş çəkmiş, müəssisədəki təlim-tərbiyə prosesi ilə yaxından tanış olmuşdur.