Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları qəbul etmişdir.

31 yanvar 2025 | 16:56

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 31 yanvar 2025-ci il tarixdə Hacıqabul rayonunda vətəndaşlarla görüşmüşdür. Görüşdən öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulmuşdur.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilmiş, müəyyən məsələlər yerindəcə həllini tapmış, bir sıra müraciətlərlə bağlı tapşırıqlar verilmişdir.

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayon sakinləri -  Qarayev Məhəmməd Nuşirəvan oğlu və Mənafova Aynurə Bilal qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. Proqram çərçivəsində verilmiş aktivlər hesabına Məhəmməd Qarayev avtotəmizləmə xidmətləri üzrə, Aynurə Mənafova isə dərzi sexini yaratmaqla kiçik bizneslərini qurublar. 

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər. 

Qeyd edək ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Keçidlər