Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul gölünün ətrafında ümumrespublika təmizlik aksiyası keçirildi.

19 avqust 2023 | 11:57

19 avqust 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Hacıqabul gölünün ətraf ərazilərində ümumrespublika təmizlik aksiyaları çərçivəsində rayon könüllülərin iştirakı ilə “Təmiz ölkəm” adlı təmizlik aksiyası keçirilmişdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın məsul işçiləri, Hacıqabul şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin, Hacıqabul Kommunal Müəssisələr İdarəsinin, Hacıqabul Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsinin əməkdaşları və rayon könüllüləri iştirak etmişdir.

İməclik zamanı  uzunluğu 2 km, sahəsi 12 ha ərazidə atılmış ümumi həcmi 575 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınmışdır. Ümumilikdə 85 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.

Keçidlər