Şriftin ölçüsü :

Saytın rəngi :

“Hacıqabul” qəzetinin baş redaktoru Xuraman xanım Hüseynova “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

09 yanvar 2026 | 16:09

Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə mətbuat sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş bir qrup mətbuat işçisi təltif olunub. Təltif olunan mətbuat işçilərindən biri də  Hacıqabul rayonunun mətbu orqanı “Hacıqabul” qəzetinin baş redaktoru Xuraman Hüseynovadır. Xuraman Hüseynova peşəkar fəaliyyəti ilə cəmiyyətin maarifləndirilməsində, obyektiv və operativ informasiyanın oxuculara çatdırılmasında, eyni zamanda regional mətbuatın inkişafında mühüm rol oynayıb. “Hacıqabul” qəzeti daim ictimai-siyasi, sosial və mədəni mövzuların işıqlandırılmasına xüsusi önəm verərək oxucu auditoriyasının rəğbətini qazanıb.

Keçidlər