Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib

09 sentyabr 2022 | 09:29

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Əhliman Əmiraslanov iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yığıncağı giriş nitqi ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Əhliman Əmiraslanov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Rayon ağsaqqalı Məhəmməd Hacıyev, İntiqam Mirqani, Süleyman Bəşirov, Bəyməmməd İsmiyev çıxış edərək rayon Ağsaqqallar Şurasının illik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

     Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər