Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində “28 may Müstəqillik günü: Azərbaycan Xalq Cümhuriyyətinə Heydər Əliyevin verdiyi tarixi qiymət” adlı tədbir keçirildi.
25 may 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “28 may Müstəqillik günü: Azərbaycan Xalq Cümhuriyyətinə Heydər Əliyevin verdiyi tarixi siyasi qiymət” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mustafayev, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk demokratik cümhuriyyət üsul-idarəsi olduğunu, qısa müddət mövcud olduğuna baxmayaraq, demokratik dövlət quruculuğu, ictimai-siyasi, mədəni, təhsil, hərbi sahələrində mühüm addımları atdığını, həmçinin xalqımızın tarixində mühüm rol oynadığını qeyd etdilər.
Ulu Öndər Heydər Əliyevin fenomen siyasi bacarığı və qətiyyəti ilə bərqərar olan, və böyük əzmlə XX əsrdən XXI əsrə qədəm qoyan Müstəqil Azərbaycan Dövləti siyasi reallığı düzgün qiymətləndirən cənab Prezident İlham Əliyevin yüksək sərkərdəlik bacarığı sayəsində 2020-ci ildə 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımızın düşmən tapdağından azad olunmasına və ərazi bütövlüyümüzün bərpasına nail olması vurğulandı.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.