Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr - Zəfər Günü” münasibəti ilə tədbir keçirilib.

08 noyabr 2025 | 14:00

08 noyabr 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr - Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər iştirak etdilər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu, xalqın dəstəyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə düşməni sarsıdıcı zərbələrlə məğlub etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Bu zəfər, bəzi ermənipərəst dairələrin və ikili standartlarla çıxış edən beynəlxalq təşkilatların yaratmağa çalışdığı mümkünsüz mənzərəni darmadağın etdi. Azərbaycan xalqı heç zaman işğalla barışmadı, hər anını doğma torpaqların azadlığı uğrunda mübarizəyə həsr etdi. 

Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Cənab Prezidentin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan soydaşlarımız üçün müasir infrastruktur, təhlükəsiz yaşayış və layiqli həyat şəraiti yaradılır. Bu, yalnız fiziki qayıdış deyil, həm də mənəvi dirçəliş, milli ruhun yenidən doğuluşudur.

Hacıqabul sakinləri olaraq biz də bu tarixi zəfərin sevincini ürəkdən bölüşür, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını fəxrlə xatırlayırıq. Rayonumuzun gəncləri bu gün daha əzmkar, daha vətənpərvər, daha inamlıdır. Bu zəfər onların ruhunda milli kimliyi daha da möhkəmləndirmiş, gələcəyə olan inamı artırmışdır.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Vətən müharibəsi şəhidi Fikrət Zeynalovun anası Hicran Zeynalova, Navahı qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Zaur Qasımov, Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Qəndab Nəsibova, Vətən müharibəsi iştirakçısı Salman Mirzəzadə “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar çıxışlar etdilər.

Keçidlər