Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyəti başçısı yanında qərargahın iclası keçirilmişdir.

05 may 2026 | 18:00

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı yanında qərargahın iclası keçirilmişdir. İclasda hava şəraiti ilə bağlı baş verə biləcək fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması və xidmət təşkilatlarının operativ fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunmuşdur.

İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov qeyd edilmişdir ki, güclü külək, leysan yağışları və digər təbii hadisələr zamanı yaranacaq çətinliklərin aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar tam hazır vəziyyətdə olmalı, zəruri texnika və canlı qüvvə səfərbər edilməlidir. Bildirilmişdir ki, xidmət təşkilatlarının birgə və koordinasiyalı fəaliyyəti nəticəsində fövqəladə halların təsirlərinin minimuma endirilməsi, əhalinin təhlükəsizliyinin təmin olunması və sosial infrastrukturun qorunması əsas prioritetdir.

İclasın sonunda müvafiq tapşırıqlar verilmiş, icra mexanizmlərinin gücləndirilməsi və operativ tədbirlərin görülməsi ilə bağlı konkret göstərişlər qəbul edilmişdir.

Keçidlər