Hacıqabul Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov aparatın qadın əməkdaşları ilə görüş keçirib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı xanımları bu əlamətdar gün münasibətilə təbrik edərək onların cəmiyyətin inkişafında, dövlət idarəçiliyində, milli-mənəvi dəyərlərin qorunmasında və ailə institutunun möhkəmlənməsində oynadıqları mühüm rolu xüsusi vurğulayıb.
Qeyd olunub ki, ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda fəal iştirakı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan qadını öz zəhməti, fədakarlığı və müdrikliyi ilə hər zaman xalqımızın tərəqqisinə töhfə vermişdir.
Sonda İcra Hakimiyyətinin başçısı bütün qadın əməkdaşlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb, onların fəaliyyətinə yüksək qiymət verdiyini bildirib.






