Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.

14 iyul 2026 | 12:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ və obyektiv araşdırılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.

14 iyul 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.

Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı araşdırılıb. Qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerində müvafiq göstərişlər verilib. Həlli digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlara göndərilməsi nəzərdə tutulub. Eyni zamanda, bəzi müraciətlərlə bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və tətbiq olunan prosedurlar barədə ətraflı izahat verilib.

Hacıqabul Rayon İcra Hakimiyyətində vətəndaş qəbulları təsdiq edilmiş qrafikə uyğun olaraq mütəmadi davam etdirilir. Qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həllinə nail olunması və dövlət-vətəndaş münasibətlərində məmnunluğun daha da artırılmasıdır.

Keçidlər