Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsi” qazisi Məmmədzadə Adəm Gülhəsən oğlunu ziyarət etdi.

09 iyun 2022 | 14:14

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri rayonun Kolanı kənd sakini Vətən müharibəsi iştirakçısı III qrup əlil Adəm Məmmədzadəni yaşadığı evdə ziyarət etmişdir.

Adəm Məmmədzadə 29 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin elan etdiyi qismən səfərbərliklə döyüşlərə qatılmış, 15 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndinin düşməndən azad olunması zamanı düşmən tərəfindən atılan mərmi nəticəsində hər iki ayağından ağır qəlpə yarası almışdır.

Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsilə əlaqədar şəhid ailələrinə və yarananların təminatına dəstək məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT Fondu” tərəfindən Adəm Məmmədzadə Türkiyə respublikasında müalicə və müayinə olunmuşdur. Adəm Məmmədzadə Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin müvafiq sərəncam ilə “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Görüşdə Adəm Məmmədzadənin problemləri dinlənilmiş, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Adəm Məmmədzadə və ailə üzvləri göstərilən hərtərəfli diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Hacıqabul rayonunda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə vaxtaşırı belə görüşlər keçirilir onların arzu və istəkləri dinlənilir. Görüşlər silsilə xarakter daşıyır.

Keçidlər