Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
26.09.2023-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun, Rustamov Ruslan Nüsrət oğlunun, Qasımov Həsən Şöhrət oğlunun, Qasımov Elman Yunis oğlunun və Mirzəyev Məsud Fazil oğlunun ailəsi ziyarət edildi.
Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.