Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Atbulaq kənd sakinləri ilə görüş keçirmişdir.
18 fevral 2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri ilə birlikdə Atbulaq kənd sakinləri ilə görüş keçirmişdir.
Atbulaq kənd Mədəniyyət evində keçirilən görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov kənd sakinlərini narahat edən məsələlərlə yaxından tanış oldu, onların müraciət və təkliflərini dinləyərək, bu məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi.
Görüş zamanı həmçinin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində yerində tapşırıqlar verildi, sakinlərin qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri onlara izah olundu, Rayon İcra Hakimiyyətinin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti qurumlara göndərilməsi barədə müvafiq tövsiyyələr verildi.